Bakcell rouminqə qoşulma qaydalarını sadələşdirir

14:00 | 24.12.2013
Bakcell rouminqə qoşulma qaydalarını sadələşdirir

Bakcell rouminqə qoşulma qaydalarını sadələşdirir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti fakturalı xətt sahiblərinin maraqlarını qarşılama məqsədilə rouminqə qoşulma qaydalarını sadələşdirir. 

Belə ki, dekabr ayından etibarən bütün Klass və Gold tarif istifadəçiləri rouminqə qoşulmanı USSD vasitəsilə həyata keçirə biləcəklər.  

Xidməti aktivləşdirmək üçün fakturalı xətt istifadəçiləri ölkə hüdudlarını tərk etməzdən əvvəl telefonlarında *121#1#YES yığmaqla rouminq xidmətinə qoşula və xarici səfərləri zamanı istifadə edə biləcəklər. 

Xidmətdən imtina üçün *121#0#YES, xidmət haqda əlavə məlumat almaq üçün isə *121#YES. 

Rouminq xidmətinə qoşulma və imtina pulsuzdur. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM