Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz abunəçilərini ən yaxşı xidmətlə təmin etmək məqsədilə müştəri xidmətləri və satış mərkəzlərinin şəbəkəsini daim genişləndirir. Şirkət Bakı şəhəri, Şixəli Qurbanov küçəsi, 7A ünvanında yeni Bakcellim mağazasının açılışını elan edir.
Füzuli dairəsi (“Beşmərtəbə”) yaxınlığında yerləşən Bakcell Satış və Xidmət Nöqtəsi Cin, Klass və Gold abunəçiləri üçün tam çeşiddə məhsul və xidmətlərlə yanaşı ən son model telefonlar, planşetlər və aksesuarların satışını abunəçilərə təqdim edir.
“Məqsədimiz Bakcell abunəçilərinə ən yüksək səviyyədə xidmət göstərmək və bu xidmətləri təqdim edən mərkəzləri abunəçilərimiz üçün daha yaxın və əlçatan etməkdir. Bu məqsədlə biz ölkə üzrə satış və xidmət şəbəkəsini daim genişləndiririk”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
300- dən artıq pərakəndə satış nöqtəsi, o cümlədən paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidmətləri Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
ANN.Az