Bakcell şirkəti gənc developerləri dəstəkləyən yeni layihəyə start verir - FOTOLAR

12:02 | 23.09.2014
Bakcell şirkəti gənc developerləri dəstəkləyən yeni layihəyə start verir - FOTOLAR

Bakcell şirkəti gənc developerləri dəstəkləyən yeni layihəyə start verir - FOTOLAR

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində “AppLab” adlı innovativ mobil developer layihəsinə start verir.

Bu layihənin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirməsinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələr yaratmalarına kömək göstərən effektiv alətlərin təmin edilməsidir.

“AppLab” ideyaların, mobil tətbiqetmələrin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir.

“Biz “Qualcomm” şirkəti ilə mühüm layihələr həyata keçirmişik. Biz bu il əməkdaşlığımızı ölkənin telekommunikasiya sektorunda olduqca əhəmiyyətli hadisə hesab edilə bilən müxtəlif maraqlı layihələr çərçivəsində genişləndiririk. Bakcell, həmçinin, son üç il ərzində Azərbaycanın gənc developerlərinə dəstək göstərmək üçün ilk dəfə olaraq həyata keçirilən layihələrin tərəfdaşı olub. İndi biz maraqlı ideyaları olan gənclərə “AppLab” layihəsi kimi gözəl bir fürsəti böyük məmnuniyyətlə təqdim edirik. Proqram inkişaf etdirmə prosesində “Bakcell” və “Qualcomm” şirkətləri tərəfindən onlara böyük dəstək göstəriləcək və biz inanırıq ki, bu layihə onların çox xoşuna gələcək”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

Layihə çərçivəsində gənc developerlər Bakcell şirkətinin Sahil ofisində yerləşən; İnternetə pulsuz giriş, masa və təlim otağı ilə təchiz edilmiş yeni AppLab ofisinidə çalışa biləcək və məhsulları sınaqdan keçirmək üçün ən müasir cihazlardan istifadə etmək imkanına malik olacaqlar.

“Bakcell” və “Qualcomm” şirkətlərinin təşkil etdiyi xüsusi ekspert qrupu isə gənc developerləri geniş çeşidli yerli bazar tələblərinə cavab verən yeni mobil proqramın pilot variantını tərtib etmək və həyata keçirməkdə dəstək göstərəklər.

AppLab layihəsində iştirak etmək üçün gənc developerlər sadəcə http://goo.gl/6nrfkF linkinə daxil olub qeydiyyatdan keçməli və yaxud öz tərcümeyi-hallarını (CV) və ideyalarının təsvirini bu ünvana göndərməlidirlər: [email protected]/* */

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM