Bakcell şirkətinin “Smart Start” təcrübə proqramı tələbə və məzunlar üçün imkanlar yaradır

15:11 | 31.07.2014
Bakcell şirkətinin “Smart Start” təcrübə proqramı tələbə və məzunlar üçün imkanlar yaradır

Bakcell şirkətinin “Smart Start” təcrübə proqramı tələbə və məzunlar üçün imkanlar yaradır

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün “Smart Start” adlanan təcrübə proqramında iştirak etmək üçün 22 nəfər gənc seçib. Təcrübə proqramının elan olunmasından sonrakı 10 gün ərzində 1500 nəfərdən artıq tələbə və məzun “Bakcell”də təcrübə keçmək üçün müraciət edib.İlkin müsahibəyə dəvət olunan 920 nəfərdən 450-si test mərhələsində öz biliyini sınayıb. Yüksək nəticələr nümayiş etdirən 55 namizəd final mərhələsində iştirak etmək hüququ qazanıb.Ən uğurlu nəticə göstərən 22 gənc “Bakcell”də təcrübə proqramına başlayır.İştirakçılar müxtəlif mövzularda təlimlər keçdikdən sonra müvafiq şöbələrdə peşəkar iş mühiti ilə tanış olmaq, təcrübəyə yiyələnmək və işə hazırlıq bacarıqlarını inkişaf etdirmək imkanına malik olacaqlar.Seçilmiş təcrübəçilər Kadrlar, Marketinq, Biznes Texnologiyaları, Mühasibatlıq, Xidmət və məhsulun inkişafı, Müəssisə resurslarının planlaşdırılması, Pərakəndə satış və distribusiya və Müştəri Xidmətləri şöbələrində təcrübə keçəcəklər.Təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür. Proqram iştirakçıları 2 ay müddətdində “Bakcell”dən təqaüd alacaqlar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb