Bakcell şirkətinin təşkil etdiyi “Smart Start” təcrübə proqramı başa çatıb - Fotolar

14:18 | 08.09.2015
Bakcell şirkətinin təşkil etdiyi “Smart Start” təcrübə proqramı başa çatıb - Fotolar

Bakcell şirkətinin təşkil etdiyi “Smart Start” təcrübə proqramı başa çatıb - Fotolar

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətində "Smart Start” təcrübə proqramı çərçivəsində təcrübə keçən gənclər proqramı uğurla başa vurublar.
 
 
Bakcell şirkətinin 18-25 yaş arası tələbə və məzunlar üçün təşkil etdiyi "Smart Start” təcrübə proqramı çərçivəsində 32 nəfər gənc insan resursları, informasiya texnologiyaları, hüquq, texniki, mühasibatlıq, marketinq, müştəri xidmətləri, təchizat və logistika, tənzimləmə və dövlət qurumları ilə iş, korporativ satış, biznes texnologiyaları, pərakəndə satış və distribusiya şöbələrində təcrübə keçərək, peşəkar iş karyerasına başlamaq üçün faydalı olan bilik və bacarıqlara yiyələniblər.
 
 
İki aylıq proqram ərzində gənclər qeyri-neft sektorunun ən böyük investorlarından olan Bakcell şirkətində çalışaraq ən müasir biznes mühiti ilə tanış olublar. Təcrübə proqramının başlanğıc mərhələsində iştirakçılar praktiki biliklərini və işə hazırlıq bacarıqlarını artırmaq üçün təşkil olunan biznes etikası, karyera inkişafının planlaşdırılması, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə və təcrübəçilərin gələcək peşəkar fəaliyyətlərində zəruri olan müxtəlif təynatlı təlimlərdə iştirak ediblər.
 
 
"İki il ərzində proqramda iştirak etmək istəyən gənclər tərəfindən 3000-ə yaxın müraciət qəbul etdik və onlara maksimum dərəcədə şans verməyə çalışdıq. Keçən il 22, bu il isə 32 nəfər təcrübəçimiz olub. Gənclərin peşəkar bacarıqlarını inkişaf etdirmək üçün "Bakcell”i seçməsi bizi çox sevindirir. Milli operator olaraq ölkə gəncliyinə dəstək verməyə davam edəcəyik”,- deyə "Bakcell”in baş icraçı direktoru  Riçard Şirer bildirib.
 
 
"Smart Start” proqramın məzunları isə Bakcell haqqında fikirlərini bölüşüblər:
 
 
Elvin Nürəddinli: "Smart Start” proqramı mənim gələcək peşəkar karyera planlarımda olduqca böyük rol oynadı. Mən gələcəkdə özümü inkişaf etdirəcəyim prioritet sahələri müəyyənləşdirdim və əla dostlar qazandım”.
 
 
Simuzər Mahmudova: "Uzun müddət nəzəri olaraq əldə etdiyim bilik və bacarıqları real iş mühitində tətbiq etdiyimə görə olduqca şadam. Karyerada ilk addımlar üçün "Smart Start” proqramı gənclər üçün əla şansdır”.
 
 
İbrahim Niftiyev: "Bu iki ay ərzində Bakcell ailəsinin bir hissəsi olduğuma görə çox şadam. Təcrübə proqramı ərzində olduqca dəyərli bilik və bacarıqlar əldə etdim”.
 
 
Leyla İsayeva: "İxtisasca müəllimə olsam da, özümü iş həyatında sınamaqla dəyərli təcrübə əldə etmiş oldum. Əminəm ki, əldə etdiyim bilik və bacarıqlar uğur qazanmağımda müstəsna əhəmiyyət daşıyacaq”.  
 
 
"Smart Start” proqramında təcrübə müddəti 2 ay olmaqla həftədə 5 tam iş günüdür. Proqram iştirakçıları nəqliyyat və qida xərclərini qarşılamaq məqsədilə 2 ay müddətində "Bakcell”dən təqaüd alırlar. Proqramın sonunda gənclər proqramda iştirak haqqında sənədlə təmin olunurlar.
 
 
Qeyd edək ki, "Smart Start” proqramının bütün məzunları Bakcell şirkətində açılan iş yerlərinə potensial namizəd hesab olunurlar. Ötən il təcrübə proqramını müvəffəqiyyətlə başa vuran gənclərdən 5 nəfər artıq Bakcell şirkəti tərəfindən işlə təmin olunub. Proqramın builki məzunlarından da bir neçəsinin işlə təmin olunması gözlənilir.
 





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti