• $ 1.7
  • € 1.9753
  • ₽ 0.021795
  • ₺ 0.0422
  • £ 2.2774

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək
09.09.2024 13:24
Ölkənin ən böyük özəl mobil operatoru "Bakcell” dünyanın aparıcı telekommunikasiya şirkəti "Vodafone Group”dan strateji tərəfdaşlıq dəstəyi alacaq. 
Bu il "Vodafone” "Azerconnect Group” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən "Bakcell”, qrupa bağlı şirkət olaraq, xidmət təkliflərini artırmaq məqsədilə süni intellekt əsaslı həllər və qabaqcıl məhsullar da daxil olmaqla, "Vodafone” şirkətinin təcrübəsindən istifadə edəcək. 

"Vodafone” 15 ölkədə 330 milyondan çox müştəriyə mobil və sabit şəbəkə xidmətləri təqdim edir, daha 45 ölkədə isə mobil şəbəkələrlə əməkdaşlıq edirik. Şirkət dünyanın ən böyük IoT platformalarından birinə malikdir. Afrika qitəsində "Vodafone” şirkətinin maliyyə  texnologiyaları müəssisələri hazırda 7 ölkədə 79 milyondan çox müştəriyə xidmət göstərir. Bu da digər provayderin əməliyyatlarından daha çoxdur.

 "Bu əməkdaşlıq "Bakcell”in telekommunikasiya bazarında mövqelərini daha da gücləndirəcək və müştərilərimizə ən son innovativ həll yolları təqdim etməyimizə imkan verəcək. "Vodafone”la tərəfdaşlıq, həmçinin ölkədə rəqəmsal transformasiyanı sürətləndirəcək və yeni texnologiyaların tətbiqinə əhəmiyyətli töhfə verəcək”, - deyə "Bakcell”in baş icraçı direktoru Klaus Müller bildirib. 

"Vodafone”un Tərəfdaş Bazarları üzrə baş icraçı direktoru Petr Dvorjak isə öz növbəsində əlavə edib: "Biz telekommunikasiya şəbəkəsinin təkmilləşdirilməsi, əməliyyatların səmərəliliyi və müştəri xidmətləri sahəsində ən yaxşı təcrübələri bölüşmək məqsədilə dünyada bir sıra telekommunikasiya operatorları ilə əməkdaşlıq edirik. Biz qarşıdakı illər ərzində "Bakcell”lə birgə işləməyi səbirsizliklə gözləyirik. Əminik ki, bu əməkdaşlıq "Bakcell”in fərdi və korporativ müştərilərinə böyük fayda gətirəcək”.

"Bakcell” haqqında 

"Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verməyə çalışır və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir. 

"Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucarda mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var
Cəmiyyət 21:06
Ucarda mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var
Şahin Şıxlinski axtarışa verilib
Cəmiyyət 20:37
Şahin Şıxlinski axtarışa verilib
Şüvəlanda bir nəfər dənizdə batıb
Cəmiyyət 20:11
Şüvəlanda bir nəfər dənizdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:25
Bu ərazilərdə qaz olmayacaq
İyulun 6-da keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb
Cəmiyyət 19:10
İyulun 6-da keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb
Batma təhlükəsi ilə üzləşən yeniyetmələr xilas edilib - Video
Cəmiyyət 18:51
Batma təhlükəsi ilə üzləşən yeniyetmələr xilas edilib - Video
Laçında dağlıq ərazidə baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:31
Laçında dağlıq ərazidə baş verən yanğın söndürülüb - Yenilənib
“8-ci km Ticarət Mərkəzi”nin adı dəyişdirilib
Cəmiyyət 18:30
“8-ci km Ticarət Mərkəzi”nin adı dəyişdirilib

Bakıda 3 prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub
Cəmiyyət 17:27
Bakıda 3 prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol