Azərbaycanın
İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti növbəti
dəfə nüfuzlu beynəlxalq "Socially Devoted” sertifikatı ilə təltif olunub.
Xüsusi
analitik platforma vasitəsilə dünya üzrə məşhur şirkətlərin sosial şəbəkələrdəki
fəaliyyətinin monitorinqi ilə məşğul olan tanınmış "Socialbakers” şirkəti Azərbaycandakı şirkətlərin "Facebook” şəbəkəsində 2018-ci
ilin II rübü üzrə fəaliyyətlərini nəzərdən keçirib. Həmin monitorinqin nəticələrinə
əsasən, göstərilən müddət ərzində Bakcell şirkəti özünün rəsmi "Facebook” səhifəsinə
daxil olmuş müraciətlərin 100%-ni cavablandırıb. Qeyd edək ki, Bakcell şirkəti
2018-ci ilin birinci rübü ərzində də abunəçi sorğularının 100%-ni cavablandıraraq göstərdiyi yüksək nəticəyə görə xüsusi sertifikatla
təltif olunmuşdur. Həmçinin, 2017-ci ildə "Bakcell” dörd dəfə "Socially
Devoted” sertifikatına layiq görülüb. "Bakcell”in "Facebook” səhifəsinin 400
mindən artıq istifadəçisinin olması bu nailiyyəti daha da vacib və təqdirəlayiq edir.
Sosial
media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi
bazasına daha effektiv şəkildə çatdırılması və müştərilərin suallarının
cavablandırılması baxımından "Bakcell”in vacib kommunikasiya vasitələrindən
biridir. Şirkətin bir çox populyar sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət
göstərir.
Bakcell abunəçiləri şirkətin həftənin 7 günü, günün 24 saatı ərzində abunəçilərə yüksək keyfiyyətli xidmət göstərən "555” Məlumat Mərkəzinə və ya sorğuların 100% cavablandırılmasını təmin edən "Facebook” səhifəsinə müraciət edə bilərlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !