Bakcell daha yüksək sürətli mobil internet xidmətini istifadəyə verir

18:18 | 05.05.2015
Bakcell  daha yüksək sürətli mobil internet xidmətini istifadəyə verir

Bakcell daha yüksək sürətli mobil internet xidmətini istifadəyə verir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə 5 may 2015-ci il tarixində özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin  kommersiya istifadəsinə verilməsini elan edir. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
 
4G xidməti sayəsində Bakcell abunəçiləri şirkətin ən müasir LTE şəbəkəsindən faydalanaraq, iri həcmli faylları, demək olar ki, bir göz qırpımında yükləyib göndərə, musiqi axınlarını buferizasiyanı gözləmədən dinləyə, habelə şəbəkədə ləngimənin cüzi olduğundan onlayn oyunlar oynaya biləcəklər.
 
"Biz Bakcell abunəçilərinə ən yüksək keyfiyyətə malik 4G LTE xidmətlərini təqdim etməkdən  qürur duyuruq. Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, abunəçilərimiz "Bakcell”in bazarda ən yüksək keyfiyyətə malik və ən yaxşı qiymət təklifi təmin edən 4-cü Sür@ xidmətindən istifadə edə bilərlər. Azərbaycan bazarında 4G xidmətlərinə olan tələbat və 4G texnologiyasını dəstəkləyən cihazların  sayı əhəmiyyətli dərəcədə artmaqdadır və biz hesab edirik ki, LTE xidmətlərini istifadəyə vermək üçün indi ən münasib vaxtdır” deyə, Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
 
Bakcell şirkətinin təqdim etdiyi 1800MHz tezlik diapazonunda (Band #3) mövcud olan və 150 Mbit/s çatan sürəti dəstəkləyən 4G/LTE şəbəkəsi ilə abunəçilər öz mobil cihazlarında multimedia xidmətlərindən, mobil televiziyadan, videokonfranslardan, monitorinq sistemlərindən, müxtəlif onlayn oyunlardan daha rahat istifadə etmək imkanına malik olurlar. Şəbəkə resursu serverinin məhsuldarlığı (istifadəçinin məzmun yüklədiyi server), istifadəçinin yerləşdiyi məkan, gün ərzində istifadə olunduğu vaxt və şəbəkənin yüklənmə vəziyyəti kimi müxtəlif amillərdən asılı olaraq, Bakcell şirkətinin 4-cü Sür@ xidməti digər mobil internet xidmətləri ilə rəqabət aparmaq üçün aşağıdakı faydaları təmin edir:
 

 

2G şəbəkəsi

3G şəbəkəsi

4G LTE şəbəkəsi

Ortalama İnternet sürəti (Mbps)

0.06 – 0.1

3 - 5

10 - 20

Yüklənmə müddəti

İnternet səhifə

50 saniyə

1 saniyə

Dərhal

Musiqi (5 MB)

8 dəqiqə

11 saniyə

2 saniyə

Video klip (25 MB)

42 dəqiqə

1 dəqiqə

13 saniyə

Kino (750 MB)

21 saat

30 dəqiqə

7 dəqiqə

HD video (1.5 GB)

42 saat

1 saat

14 dəqiqə

"İlk mərhələdə bu xidmətdən Bakının bir neçə rayonunda istifadə etmək mümkün olacaq, lakin bizim planlarımıza bu şəbəkənin sürətlə genişləndirilməsi daxildir, belə ki, şəbəkə yüksək tələbatın və 4G texnologiyasını dəstəkləyən cihazların  kifayət qədər olduğu bütün əraziləri əhatə etməlidir” deyə, cənab Şirer əlavə edib.      
Hazırda 4G LTE şəbəkəsinin  əhatə dairəsini bu linkdəki xəritədə görə bilərsiniz: http://www.bakcell.com/az/4-cu-sur
 
Bakcell bazarda smartfon istifadəçiləri üçün 4G xidmətini təklif edən ilk operatordur. Smartfon istifadəçiləri  təklif olunan müxtəlif variantlardan birini seçə bilər ki, bunlardan da ən əlverişlisi ayda cəmi 10 AZN-ə  3GB həcmində 4G xidməti  təklif edən  xüsusi kampaniyadır.
 
Noutbuklardan istifadə etməyə üstünlük verən istifadəçilər üçün Bakcell şirkəti 60 AZN-ə üç aylıq 45GB yüksək sürətli internet xidmətinə qoşulmağı təklif edir. Bu xidməti seçən bütün abunəçilərə məhdud dövr ərzində pulsuz LTE modemi hədiyyə olunacaq.
 
Planşet istifadəçiləri də əlverişli təklifdən faydalana bilərlər: ayda 15 AZN ödəməklə 10GB həcmində 4G mobil internet, üstəgəl pulsuz 4G SIM kart.
 
Kommersiya təklifləri barədə daha ətraflı məlumat almaq üçün http://www.bakcell.com/az/4-cu-sur səhifəsinə daxil olmağınız xahiş olunur.
 
Məlumatötürmə sürəti 150 Mbit/s-ə çatan Bakcell şirkətinin LTE xidmətindən artıq 2-3 aydır ki, 4000-dən yaxın abunəçi faydalanır. Onlardan bəziləri bu xidmətlə bağlı öz fikirlərini bölüşürlər: http://ikt.lent.az/news/197682; http://ikt.lent.az/news/197852; http://ikt.lent.az/news/197891
 
Bakcell şirkəti Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar arasında 4G mobil internet xidmətindən istifadə edən ən çox abunəçi sayına malik olduğunu tam əminliklə iddia edə bilər. Şirkətin keyfiyyət və innovasiyalarla bağlı məsələləri daim diqqət mərkəzində saxlaması onun bu seqmentdə dayanıqlı lider mövqeyini qorumasını təmin edəcək. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb