Bakcell eşitməqüsurlu əlillər arasında futzal turnirinə dəstək verib.
Bakcell şirkəti AFFA-nın və Sahə Futbol Federasiyaları İctimai Birliyinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitməqüsurlu əlillər arasında futzal üzrə "Yaz turniri”nə dəstək göstərib.
18 - 22 may 2018-ci il tarixlərində Bakı şəhərində keçirilən "Yaz turniri”də eşitməqüsurlu əlillərdən ibarət "Bakı”, "Azəri”, "Zirvə”, "Şimşək” və "Ümid” komandaları iştirak edib.
Turnirin nəticəsində birinci yeri "Azəri” komandası, sonrakı yerləri müvafiq olaraq "Şimşək” və "Zirvə” kollektivləri tutub. "Azəri”nin üzvü Tural Muxtarov ən yaxşı oyunçu, "Zirvə”dən Şövkət Əskərov ən yaxşı qapıçı adına layiq görülüb. Rəqib komandalara 22 qol vuran Ülvi Fərəcli ("Şimşək” komandasının üzvü) turnirin ən məhsuldar oyunçusu olub.
"Bakcell” şirkəti 2007-ci ildən başlayaraq Əlillər Futbolu Federasiyasının futzal üzrə müxtəlif turnirlərinə dəstək göstərir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !