Azərbaycanın İlk Mobil Operatoru və Ən
Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti eşitmə məhdudiyyətli gənclər
arasında keçirilən futzal üzrə ənənəvi "Yaz turniri”nə
növbəti dəfə dəstək göstərib.
AFFA-nın, Sahə Futbol Federasiyaları
İctimai Birliyinin və Bakcell şirkətinin dəstəyi, Əlillər Futbolu
Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat
Universitetinin idman sarayında keçirilmiş futzal turnirində "Bakı”, "Azəri”,
"Zirvə”, "Şimşək” və "Ümid” komandaları mübarizə aparıb.
Özünün genişmiqyaslı Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə Bakcell şirkəti Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərməyə və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə yönəlmiş mühüm layihələri həyata keçirməyə davam edəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !