• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul

“Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul
16.09.2021 15:10
Bu məhsuldan ilk olaraq "Leobank” müştəriləri istifadə edəcək
 
Bakcell şirkəti korporativ abunəçilər üçün tam yeni məhsul istifadəyə verib. "Pulsuz zəng” adlanan bu xidmətdən "Bakcell”in həm mövcud, həm də potensial korporativ abunəçiləri yararlana bilər. 

Yeni təqdim olunan bu təklifdən istifadə edən korporativ abunəçinin müştəriləri onlara pulsuz zəng edə biləcək, çünki həmin zəngin dəyəri təşkilatın özü tərəfindən ödəniləcək. Bu xidmət Azərbaycanda fəaliyyət göstərən və istehlakçılarla birbaşa işləyən bütün bank, taksi və digər sahələrdə fəaliyyət göstərən şirkətlər üçün nəzərdə tutulub. 

Qeyd edək ki, "Bakcell”in sözügedən məhsulundan Azərbaycanda ilk dəfə  ölkənin birinci rəqəmsal bankı olan "Leobank” istifadə edəcək. Beləliklə,"Leobank” istifadəçiləri banka zəng edərkən heç bir vəsait ödəməyəcək.

Yeni xidmət barədə daha ətraflı məlumat https://business.bakcell.com/az/special-offers-mobile   internet səhifəsində yerləşdirilib. 

Korporativ və fərdi abunəçiləri bazarda ən üstün müştəri təcrübəsi ilə təmin etmək üçün Bakcell öz şəbəkəsini, xidmət keyfiyyətini və məhsullarını təkmilləşdirməyə davam edəcək. 





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Samuxda iki avtomobil toqquşub, ölən var
Cəmiyyət 20:33
Samuxda iki avtomobil toqquşub, ölən var
Bakıda qadın qətlə yetirilib, ögey qardaşı şübhəli bilinir
Cəmiyyət 19:47
Bakıda qadın qətlə yetirilib, ögey qardaşı şübhəli bilinir
Lənkəranda ev yanıb
Cəmiyyət 18:57
Lənkəranda ev yanıb
AQTA Bakıda 41 şadlıq sarayında qida təhlükəsizliyi pozuntusu aşkarlayıb
Cəmiyyət 18:35
AQTA Bakıda 41 şadlıq sarayında qida təhlükəsizliyi pozuntusu aşkarlayıb
MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib
Cəmiyyət 17:25
MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib
Əli Məsimli fermerlərin gəlirinə 10 faizlik verginin tətbiqinə qarşı çıxıb
Cəmiyyət 17:03
Əli Məsimli fermerlərin gəlirinə 10 faizlik verginin tətbiqinə qarşı çıxıb
567 nömrəli marşrutun avtobusları yenilənir
Cəmiyyət 16:28
567 nömrəli marşrutun avtobusları yenilənir
Deputat ANAMA əməkdaşları ilə bağlı təklif verib
Cəmiyyət 15:57
Deputat ANAMA əməkdaşları ilə bağlı təklif verib
DSX: Azərbaycana 14 tondan çox avtomobil ehtiyat hissəsinin keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 15:28
DSX: Azərbaycana 14 tondan çox avtomobil ehtiyat hissəsinin keçirilməsinin qarşısı alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol