Azərbaycanın
ən sürətlisi "Bakcell”in uzun illər tərəfdaşı olduğu "Xəzəri
Qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiya başa çatıb. "Yaşıl dünya naminə həmrəylik
ili”nə həsr olunan və sentyabrın 7-dən 21-dək davam edən builki aksiyanın
sonuncu məntəqəsi Novxanı sahilləri olub.
"Bakcell” əməkdaşları
da aksiyada fəal iştirak edərək sahil təmizləmə işlərinə öz töhfələrini veriblər.
Onlar həm tullantıların yığılması, həm də onların çeşidlənərək təkrar emala
göndərilməsində yaxından iştirak ediblər.
"Bakcell” haqqında
"Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya
şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və
sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan
innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir
və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından
biridir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !