Bakcell şirkəti
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək
Texnologiyalar Sərgisində təqdim etdiyi stendə görə "Ən yaxşı korporativ üslub”
sertifikatına layiq görülüb. Sertifikat "BakuTel-2019” sərgisinin
təşkilatçısı Caspian Event Organizers (CEO) tərəfindən təqdim edilib.
Şirkət öz ənənəsinə
sadiq qalaraq stendində Azərbaycanın ən böyük mobil şəbəkəsini və ən sürətli
mobil internet xidmətini, özünün son nailiyyətlərini nümayiş etdirib, həmçinin
bir sıra əyləncəli tədbirlər, maraqlı oyunlar və müsabiqələr təşkil edib.
Bundan əlavə, Bakcell öz stendində şirkət üçün yeni ayrılan "099” prefiksinin də
yaxın gələcəkdə istifadəyə veriləcəyini elan edib.
"Bakutel sərgisi
şirkətimizin şəbəkəsinin üstünlüklərini nümayiş etdirmək üçün əla fürsət
yaradıb. Bu il beynəlxalq nüfuza malik olan "Ookla” şirkəti növbəti dəfə
Bakcell şirkətini Azərbaycanın ən sürətli mobil şəbəkəsi adlandırıb. Mobil
operator abunəçisi üçün ən vacib olan məsələ şəbəkənin keyfiyyəti və sürətidir.
Biz isə bu sahədə üstünlüyümüzü praktiki şəkildə ardıcıl olaraq 3-cü dəfə sübut
etmişik!”, deyə Bakcell şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.
Belə ki,
Bakutel 2019 ərzində Bakcell stendinə gəlmiş minlərlə qonaq Bakcell şəbəkəsinin
üstünlüyü və ölkənin telekommunikasiya bazarında ilk və ən reytinqli virtual
müştəri xidmətləri aləti olan "Mənim Bakcellim” mobil tətbiqetməsinin yenilikləri
ilə taniş olub, Azərbaycan gəncləri üçün yeni imkanlar yaradan "AppLab” startap
inkubasiya proqramı barədə məlumat almaq və hədiyyələr qazanmaq üçün "Ulduzum”
loyallıq proqramının oyunu, lotereyalar və digər oyunlarda iştirak etmək
imkanını qazanıb.
"Bakcell”in
"Bakutel 2019” sərgisində iştirakı ilə bağlı hazırlanmış videoçarxa burada baxa
bilərsiniz: https://youtu.be/MsdgGbZHJ94
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !