Bakıda 1 kiloqram kolbasa 211 manata satılır - FOTO

10:47 | 30.12.2013
Bakıda 1 kiloqram kolbasa 211 manata satılır - FOTO

Bakıda 1 kiloqram kolbasa 211 manata satılır - FOTO

Bakıda hələ ötən əsrdə mövcud olmuş “Vozlebuma” qastronomu açılıb.Oxu.Az xəbər verir ki, hazırda həmin yer “Dad Evi” adlanır ki, bəzi xaricilər bu adı “Atanın Evi” (Dad home) kimi tərcümə edirlər.Mağazanın interyeri geniş şəkildə, heç bir yelisey klassisizmi olmadan hazırlanıb.Struktur baxımından qastronom iki kiçik supermarketdən ibarətdir. Birində kolbasa məmulatları, pendir, ət, balıq, konservlər satılır. Digərində isə şirniyyat, uşaq qidası, toz şəklində olan və bitki tərkibli qida məhsulları yer alıb. Ayrıca bölmədə çörək, bişmələr və hansı səbəbdənsə saatlar qoyulub. Kafe də var.Qeyd edək ki, çeşidlər o qədər də geniş və orijinal deyil. Düzdür, burada 1 kiloqramının qiyməti 211 manat olan “avrokolbasalar”, rambutan kimi ekzotik meyvələr var. Qiymətlər qonşu marketlərdə olduğundan bahadır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM