Bakıda 100 ilin binası aşma təhlükəsi ilə üz-üzə - VİDEO

14:00 | 20.02.2014
Bakıda 100 ilin binası aşma təhlükəsi ilə üz-üzə - VİDEO

Bakıda 100 ilin binası aşma təhlükəsi ilə üz-üzə - VİDEO

Hələlik isə bu 4 ailə divarı tavanından, tavanı isə damından ayrılan evdə həyatı davam etdirməyə məcburdurGördüyünüz bu uçuq-sökük evdə 4 ailə məskunlaşıb. 1994-cü ildə Kəlbəcər rayonundan köçən bu ailələr artıq 20 ildir ki, 100 illik binada necə deyərlər, yaşamağa çalışır. Əgər buna yaşamaq demək olarsa. Şikayətçilər deyir ki, sonuncu dəfə evi 2005-ci ildə güc-bəla ilə öz hesablarına təmir ediblər. Və elə o vaxtdan bəri evin tavanını bu gördüyünüz dirəklər saxlayır. Tavan isə adi palçıqdan hörülüb və adi taxtalar vurulub. Ona görə də yağış yağdıqda evin içərisində gəzmək yox, üzmək lazım gəlir. Mətbəxdə isə çəkiliş aparmağa açığı qorxurduq. Çünki divarlar bir-birindən tamamilə aralanmışdı, tavanı da bu çürümüş dirəklər saxlayırdı.Bir neçə gün əvvəl isə divardan qopan daş gördüyünüz bu azyaşlı uşağın gözünə düşüb. Ev sakinləri, həmçinin qazanclarının az olduğu üçün hər dəfə təmirə pul xərcləyə bilmədiklərini, qazandıqlarının elə dava-dərman almağa güclə yetdiyini deyirlər.Məsələ ilə əlaqədar Qaçqın və Məcburi köçkünlərlə iş üzrə dövlət komitəsindən ANS-ə bildirildi ki, hazırda bu cür ailələrin köçürülməsi real deyil. Ancaq qəzalı evlərdə məskunlaşan məcburi köçkünlərə yeni sığınacaqlar verilməsi nəzərdə tutulub. Proses başlanacağı təqdirdə həmin ailə də təhlükəsiz yerə köçürüləcək.Hələlik isə bu 4 ailə divarı tavanından, tavanı isə damından ayrılan evdə həyatı davam etdirməyə məcburdur. Umid isə qalır, tək Allaha. Allah qorusun.//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM