Bakıda 17 yaşlı qız yuxuda olarkən hamını ayağa qaldırdı

20:25 | 18.12.2013
Bakıda 17 yaşlı qız yuxuda olarkən hamını ayağa qaldırdı

Bakıda 17 yaşlı qız yuxuda olarkən hamını ayağa qaldırdı

Bakıda köməksiz vəziyyətdə qalmış 17 yaşlı qız xilas edilib. ANN.Az-ın məlumatına görə, bu barədə paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsinin sakinləri Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng vuraraq məlumat veriblər. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal Rüstəm Rüstəmov 4, mənzil 9-a yollanıblar. Hadisə yerinə çatan xilasedicilər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan 1996-cı il təvəllüdlü Tağıyeva Əfruz Mirheydər qızını xilas etmək üçün xüsusi alət və avadanlıqların köməyi ilə 3-cü mərtəbədəki mənzilə çöl pəncərəni qıraraq daxil olublar. Əməliyyatın gedişi zamanı məlum olub ki, Əfruz Tağıyeva mənzildə yatıb qalıbmış.Onu müayinə edən Təcili Yardım Stansiyasının əməkdaşlarının verdikləri məlumata görə, Əfruz Tağıyevanın səhhəti normaldır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM