Bakıda 2 sürücü avtoşluq etdi - VİDEO

18:45 | 06.09.2014
Bakıda 2 sürücü avtoşluq etdi - VİDEO

Bakıda 2 sürücü avtoşluq etdi - VİDEO

Sosial şəbəkələrdə qayda pozan sürücülərin daha bir videosu yayılıbQayda pozan avtobus və minik maşını sürücüləri təsadüf nəticəsində yaranmış təhlükəli vəziyyətdən sağ-salamat qurtara bilib.ANS TV-nin məlumatına görə, sosial şəbəkələrdə qayda pozan sürücülərin daha bir videosu yayılıb. Avtobusun qırmızı işıqdan keçdiyini görən “VAZ 2107”in sürücüsü onun qarşısını kəsir. Bakıda baş vermiş bu maraqlı olay nə qədər təhlükəli olsa da onu avtobus sürücülərinə qarşı özünəməxsus mübarizənin bir göstəricisi də saymaq olar. İşıqforun qırmızı işığında hamı dayanıb gözləyir. Lakin özünü dırnaqarası ağıllı sayan avtobus sürücüsü qarşı yola çıxaraq sürətlə hərəkət edir və qırmızı işığa məhəl qoymur. Qarşı yolda işıqforda dayanan “VAZ-2107” markalı avtomobilin sürücüsü isə avtobus sürücüsünün bu kobud hərəkətinə özünəməxsus tərzdə cavab verir. “VAZ-2107”in sürücüsü idarə etdiyi avtomobillə avtobusun qarşısına atılır və onun yolunu kəsməyə çalışır, lakin avtobus sürücüsü bir qədər cəld hərəkət edərək qəzadan yayına bilir və yoluna davam edir.Nəqliyyat Nazirliyindən bildirdilər ki, bu cür sürücülərə qarşı artıq reydlərə də başlanılıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM