Ötən gün saat 20:40 radələrində Bakının Binəqədi rayonu rəazisində faciə baş verib. Binəqədi rayon Polis İdaərsindən ANS PRESS-ə verilən məlumata görə, Rəsulzadə qəsəbəsində baş verən faciə zamanı bir ailənin 2 yaşlı körpəsi dünyasını dəyişib. Hadisə ehtiyatsızlıqdan baş verib.
Belə ki, 2012-ci il təvəllüdlü Bəxtiyar Muradovun üstünə qaynayan su tökülüb. Uşaq ağır dərəcəli yanıq xəsarətləri alıb. Hadisə yerinə həkim çağrılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !