Sifarişlə yığılmış "Mercedes G-Class Guard" artıq Bakıdadır.
ANS PRESS-in məlumatına görə, bu barədə "auto.az" sosial şəbəkələrdə məlumat yayıb. Həmin avtomobilin fotolarından aydın olur ki, "Galendewagen" 4 yox, 6 qapılıdır. Bunu həm də "Galik"in limuzin versiyası kimi də adlandırmaq olar. Avtomobilin kim tərəfindən sifariş edildiyi bəlli deyil.
Lakin qeyd etmək lazımdır ki, sosial şəbəkələrdə bu foto ilə bağlı gedən müzakirələrdə əksəriyyəti "Galendewagen"in bu vəziyyətə salınmasını normal qəbul etməyiblər. Hətta, bəzi avtomobil şəvəskarları hesab edir ki, "Galendewagen" bu vəziyyətdə kolbasaya oxşayır. Çünki bu avtomobilin ənənəvi 4 qapılı modeli daha möşkəm və daha zəhmli görünür.
Məlumata görə, "Galendewagen"in sifarişlə yığılan bu modelinin təxmini qiyməti 350 min dollardır. Lakin bu qiymət 500-700 min dollara qədər qalxa bilər.
Həmin avtomobilin fotosunu təqdim edirik:
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !