Bakıda 36 metrlik nəhəng yolka - FOTO

12:00 | 29.12.2013
Bakıda 36 metrlik nəhəng yolka - FOTO

Bakıda 36 metrlik nəhəng yolka - FOTO

Metal konstruksiyanın üzərinə süni yaşıllıq çəkilib və illüminasiya quraşdırılıb.

Bu il də Bakının ən böyük Yeni il ağacı Azadlıq meydanında qurulub. 

APA TV xəbər verir ki, bu ilki yolka nə az, nə çox 11 mərtəbəli bina hündürlükdədir. 36 metrlik nəhəng yolka ölkənin tarixində ən hündür Yeni il ağacı sayılır. 

Müqayisə üçün qeyd edək ki, ötən il Azadlıq meydanında qurulan yolkanın hündürlüyü 21 metr idi. Metal konstruksiyanın üzərinə süni yaşıllıq çəkilib və illüminasiya quraşdırılıb. 

Yolkanın nəhəngliyi sakinlərin ona xüsusi marağının əsas səbəbidir. Gecə saatlarında da yolkanın ətrafında adamlar olur. Bu maraq Şaxta baba və Qar qızı da ruhlandırıb.

Ən hündür yolkanın attraksion ətrafında qurulması nəzərdə tutulsa da, bu işləri bayramadək çatdırmaq mümkün olmayıb.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM