Bakıda 4 məktəb birləşdirilib, 1-i isə ləğv olunub

15:41 | 15.09.2014
Bakıda 4 məktəb birləşdirilib, 1-i isə ləğv olunub

Bakıda 4 məktəb birləşdirilib, 1-i isə ləğv olunub

 Bu il Azərbaycanda da rasionallaşdırma tədbirləri nəticəsində ləğv olunan və digər məktəblərlə birləşdirilən təhsil müəssisələrinin sayı açıqlanıb.Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirib ki, rasionallaşdırma tədbirləri çərçivəsində Təhsil Nazirliyinin müvafiq əmrlərinə əsasən, Bakı şəhərindəki 189 və 190 nömrəli, 5 və 292 nömrəli tam orta məktəblər birləşdirilib, 88 nömrəli tam orta məktəb isə ləğv olunub. Respublikanın digər şəhər və rayonlarında rasionallaşdırma tədbirlərinin həyata keçirilməsi üçün müvafiq hazırlıq işləri aparılmaqdadır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM