Avtobus dayanacaqlarındakı elektron tabloda bu gün havanın hərarəti 43-46 dərəcə göstəribPaytaxtda 46 dərəcə istilik qeydə alınıb.AzVision.az-ın məlumatına görə, bu göstərici paytaxtın avtobus dayanacaqlarında yerləşdirilən bəzi elektron tablolarda əks edilib. Maraqlısı odur ki, şəhərin ayrı-ayrı yerlərindəki tablolarda havanın hərarəti fərqli göstərilir.Gün altında havanın temperaturunun göstəricisi 43, kölgədə isə 30-36 dərəcə göstərib.Daha çox gün düşən avtodayanacaqlarda isə hərarət 46 dərəcəyə kimi yüksəlib.Qeyd edək ki, son günlər paytaxtda anomal istilər müşahidə olunur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !