Bakıda zəncirvari yol qəzası baş verib.Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Bakı Dairəvi yolunda, Sədərək Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb.Hadisə zamanı 10-dək avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.Qaradağ Rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər.Polisdən bildirilib ki, hadisə zamanı 9 avtomobil toqquşub, 4 nəfər xəsarət alıb.Faktla bağlı araşdırma aparılır. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !