Bakıda ana və qızı dəm qazından boğularaq ölüblər

15:00 | 19.01.2014
Bakıda ana və qızı dəm qazından boğularaq ölüblər

Bakıda ana və qızı dəm qazından boğularaq ölüblər

Bakıda dəm qazı ailə faciəsinə səbəb olub. Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Bünyadazə küçəsi ev 8, mənzil 19 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1967-ci il təvəllüdlü Dürdanə Malik qızı Səmədova və onun qızı, 2010-cu il təvəllüdlü Kübra İbrahim qızı Səmədova hamamda çimərkən dəm qazından boğularaq ölüblər. Onların meyiti bu gün səhər saatlarında aşkar edilib.

 

Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Hadiəs ilə bağlı Fövqəladə Hallar Nazirliyi də  məlumat yayıb. Məlumtda bildirilib ki, nazirliyə Bakının Yasamal rayonunda mənzildə bağlı qapı arxasında iki nəfərin köməksiz vəziyyətdə qalması barədə xəbər daxil olub.  

 

Qurumun xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən evdə qalanların telefon zənglərinə və qapının döyülməsinə reaksiya vermədikləri bəlli olub. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilin qapısını açıblar. Mənzilə baxış keçirilərkən evdə qalan iki nəfərin vanna otağında vəfat etdiyi müəyyən olunub. 

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti