Bakı Şəhər İcra Hakimiyyəti 28 May - Respublika Günü münasibətilə paytaxtda bayram konserti və möhtəşəm atəşfəşanlıq təşkil edəcək.İcra Hakimiyyətindən verilən məlumata görə, mayın 28-də Dənizkənarı Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə konsert saat 21:00-da başlayacaq və 23:00-da möhtəşəm atəşfəşanlıq olacaq.Şəhər İcra Hakimiyyəti bütün Bakı sakinlərini və şəhərin qonaqlarını bayram konsertinə dəvət edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !