Bakıda Avropanın tarixi silahları sərgilənəcək

19:21 | 11.03.2014
Bakıda Avropanın tarixi silahları sərgilənəcək

Bakıda Avropanın tarixi silahları sərgilənəcək

Sərgidə Avropanın XVI-XVIII əsrlərə aid tarixi silah və zirehli geyimləri nümayiş etdiriləcəkdir. İyunun 5-dək davam edəcək sərgidə ziyarətçilərə Avropanın 130 tarixi eksponatı təqdim olunacaq. ANS PRESS-in məlumatına görə, dünyanın ən böyük tarixi silah və zireh kolleksiyası olan Avstriyanın əfsanəvi Qraz cəbbəxanasının nümunələri də eksponatlar sırasındadır. Sərgidə nümayiş olunacaq silah və zirehli geyimlər müxtəlif döyüşlərə aid orijinal nümunələrdir."Silahların əfsanəsi"ndə izləyicilər hər bir eksponata dair məlumatlar və maraqlı faktlar əldə edə biləcəklər. Kolleksiya indiyədək Avstriya, Kanada, ABŞ, İsveçrə, İtaliya və Yaponiyada nümayiş etdirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb