Bakıda avtobus aşdı: yaralılar var

11:33 | 07.01.2014
Bakıda avtobus aşdı: yaralılar var

Bakıda avtobus aşdı: yaralılar var

Ötən gün saat 13:54 radələrində Bakının Qaradağ rayonu ərazisində, Bakı-Ələt yolunun 42-ci kilometrliyində sərnişin avtobusu aşıb.Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, “Hyundai” markalı, 90 JM 996 dövlət nömrə nişanlı avtobus sürətlə hərəkət edərkən idarəetməni itirib. Avtobus yoldakı dəmir maneəyə çırpılıb və aşıb. Qəza nəticəsində avtobusun içərisindəki 3 sərnişin ağır xəsarətlər alıb. Yaralılar 23 yaşlı Hüseyn Həsənov, 30 yaşlı Asudə Abbasova və 26 yaşlı Toğrul Əliyev xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.Faktla bağlı araşdırmalar aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM