Bakıda sərnişin avtobuslarının sürücüləri üçün vahid geyim forması müəyyənləşib.
ANS PRESS-in məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Əmrah Cəfərov ANS TV-nin "Günə Baxan" verilişində bildirib.
Onun sözlərinə görə, Avropa Oyunları dövründə sərnişin avtobus sürücüləri yalnız vahid formada xidmət göstərəcəklər. Əgər sükan arxasında forma geyinməmiş sürücü aşkarlanarsa, həmin şəxs dərhal avtobusdan çıxarılacaq və barəsində ciddi ölçü götürüləcək.
"İlk öncə biz qərara almışdıq ki, həmin forma yalnız oyunlar keçirilən ərazilərə sərnişin daşıyan avtobus sürücüləri üçün tətbiq olunsun. Lakin sonradan düşündük ki, bu bütün sərnişin avtobusunun sürücülərinə şamil edilsin. Həmin formalar görünüşünə və rahatlığına görə göz oxşayır. Xüsusi kostyum, ayaqqabı və qalstuk formaya daxildir", - deyə Əmrah Cəfərov bildirib.
Qeyd edək ki, vahid geyim qaydası oyunlardan sonra da davam edəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !