Ötən gün Bakıda sərnişin avtobusu piyadanı vurub.Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Sabunçu rayonu Y.Əliyev küçəsində Bakı şəhər sakini Şahlar Ağayev idarə etdiyi “İsuzu” markalı avtobusla qəza törədib. Qəza nəticəsində piyada Mikayıl Məhərrəmov vurulub. Xəstəxanaya yerləşdirilən M. Məhərrəmov orada dünyasını dəyişib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !