Bakıda avtomobil dayanacağında yanğın: xəsarət alan var

09:59 | 02.02.2014
Bakıda avtomobil dayanacağında yanğın: xəsarət alan var

Bakıda avtomobil dayanacağında yanğın: xəsarət alan var

Bu gecə Bakının Xətai rayonunda avtomobil dayanacağının ərazisində ikimərtəbəli gözətçi köşkü yanıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. Yanğın zamanı içəridə olan gözətçi xilas olunub.

Hadisə zamanı gözətçi ayaq nahiyəsindən yanıq xəsarətləri alıb. Bitişik təmir sexi və ərazidə olan avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 03:45 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı arşadırma aparılır.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM