​Bakıda Azərbaycan-İtaliya işgüzar görüşü keçirilir

13:05 | 15.04.2015
​Bakıda Azərbaycan-İtaliya işgüzar görüşü keçirilir

​Bakıda Azərbaycan-İtaliya işgüzar görüşü keçirilir

Bu gün Bakıda Azərbaycan-İtaliya işgüzar görüşü keçirilir.

 "Report" xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, son 7 ildə İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır.

"Ötən il ticarət dövriyyəsi 5 mlrd. dollardan çox olub. Dinamika müsbətdir. İdxalın payı artmaqda davam edir, mal çeşidi də genişlənir. Hazırda Azərbaycanda 66 İtaliya kapitallı şirkət fəaliyyət götərir və bu şirkətlər tərəfindən Azərbaycan iqtisadiyyatına ümumilikdə 482 mln. dollar sərmayə yatırılıb. Bunun 374 mln. dolları neft, 108 mln. dolları isə qeyri-neft sektorunun payına düşür", - deyə nazir qeyd edib.

Ş.Mustafayev, həmçinin qarşılıqlı səfərləri də əməkdaşlığın inkişafında xüsusi rol oynadığını vurğulayıb: "Ölkələr arasında möhkəm hüquqi baza formalaşıb. İndiyədək 30-a yaxın saziş imzalanıb".

Nazir iki ölkə arasında enerji sahəsində əməkdaşlığın möhkəm olduğunu da qeyd edib və İtaliyanın Cənub Qaz Dəhlizinin aktiv iştirakçısı olduğunu da xüsusilə qeyd edib. Xatırladaq ki, bu dəhlizin bir hissəsi olan TAP kəməri İtaliyaya qədər davam edəcək.

Bu gün "SOCAR Polymer" və İtaliyanın "Maire Tecnimont" şirkətləri arasında da 350 mln. avro dəyərində müqavilənin imzalanacağını vurğulayan Ş.Mustafayevin sözlərinə görə, iki ölkə arasında enerji, ticarət, turizm sahələrində əməkdaşlıq bundan sonra daha sıx şəkildə davam etdiriləcək. O, həmçinin İtaliya şirkətlərini Mingəçevir Sənaye Parkına dəvət edib.

Qeyd edək ki, fürsətdən istifadə edərək Ş.Mustafayev, həmçinin görüşdə iştirak edən İtaliyanın iqtisadi inkişaf naziri xanım Federika Quidiyə bəzi İtaliya şirkətlərinin Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərdiyini bildirib və rəsmi Romanı bunun qarşısını almağa çağırıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM