Bakıda Azərbaycan-Tatarıstan (Rusiya) işgüzar görüşü keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, dekabrın 4-də Rusiyanın Tatarıstan Respublikasının baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripovun rəhbərliyi altında nümayəndə heyətinin Azərbaycana səfəri təşkil olunacaq. Səfər çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Tatarıstan işgüzar görüşü baş tutacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !