Bakıda “Azərsu” üçün göydələn tikilir

12:17 | 10.03.2014
Bakıda “Azərsu” üçün göydələn tikilir

Bakıda “Azərsu” üçün göydələn tikilir

Paytaxtda “Azərsu” ASC üçün yeni ofis binasının tikintisi davam etdirilir.ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, ofis binası Heydər Əliyev prospektində, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tikilməkdə olan yeni inzibati binasının yaxınlığında yerləşir.Bina 2 mərtəbəsi yeraltı olmaqla 22 mərtəbəlidir. Layihəyə görə, hündürlüyü 124 metr olacaq inzibati binanın sahəsi 36 min 326 kvadratmetr nəzərdə tutulub.Obyektin tikintisi ötən il başlanılıb və 2015-ci ildə istifadəyə verilməsi planlaşdırılır.Tenderdə qalib gəlmiş Koreyanın “Halla” şirkəti tikinti-quraşdırma və digər texniki işləri həyata keçirir. Layihənin ümumi dəyəri 120 milyon ABŞ dollarıdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM