Bakıda bağçalar da vahid formaya keçdi - FOTO

13:35 | 13.01.2014
Bakıda bağçalar da vahid formaya keçdi - FOTO

Bakıda bağçalar da vahid formaya keçdi - FOTO

Bu gündən etibarən Bakının bəzi bağçalarında uşaqlara vahid geyim forması paylanıb. ANN.Az Modern.az-a istinadən xəbər verir ki, həmin libasları uşaqlar yalnız bağça daxilində istifadə edəcək. Evə gedərkən isə onların vahid forması bağçada qalacaq. Vahid forma qara rəngli şalvar və qırmızı idman köynəyindən ibarətdir.Bakı Şəhər İcra Hakimiyyətindən uşaq bağçalarında vahid geyimə keçidi təsdiqləyiblər. Meriyadan verilən məlumata görə, vahid formaya keçid bu gündən qüvvəyə minib. Yeni libaslar Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olan bütün bağçalara paylanıb.“Bu təşəbbüs uşaqların təmiz, səliqəli görünməsi üçündür”, – deyə BŞİH-dən bildirilib.BŞİH geyim dəstlərinin hansı firma ilə bağlanmış müqavilə əsasında alınması və xərclənmiş vəsait haqda sorğuları cavablandırılmayıb. Qeyd edək ki, vahid formalar uşaqların valideynlərinə pulsuz paylanıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM