Bakıda bazar günü hava isti olacaq

14:55 | 11.01.2014
Bakıda bazar günü hava isti olacaq

Bakıda bazar günü hava isti olacaq

Yanvarın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam havanın tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağıntılı olacağı gözlənilir.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 0-4, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

 

Yanvarın 12-də rayonlarda hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı proqnozlaşdırılır. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5  dərəcə şaxta, gündüz  6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM