23-28 yanvar tarixlərində Bakının “Central Park” otelində 100 xanalı lövhə üzərində Dama üzrə Birinci Beynəlxalq turnir keçiriləcək.
ANS PRESS-in məlumatına görə, turnir Azərbaycanın məşhur hakimi, idman ustası Akif Nurullayevə həsr olunub.Yarış İsveçrə sisteminə uyğun olaraq 7 turdan ibarətdir. Bu haqda ölkəmizin Dama Federasiyasının baş katibi, Azərbaycan yığmasının baş məşqçisi Boris Muşailov məlumat verib.Turnirdə Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Azərbaycandan dama oyunçularının iştirakı gözlənilir. İştirakçılar sırasında dama üzrə Rusiya çempionu da ola bilər. Bütün turnir qalibləri kubok, diplom və medal alacaq. 1-6-cı yerləri tutan oyunçulara isə bununla yanaşı xüsusi mükafat da veriləcək.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !