Bakıda bəzi avtobuslarda qiyməthaqqı 60 qəpikdir - Özbaşınalıq

12:30 | 01.07.2014
Bakıda bəzi avtobuslarda qiyməthaqqı 60 qəpikdir - Özbaşınalıq

Bakıda bəzi avtobuslarda qiyməthaqqı 60 qəpikdir - Özbaşınalıq

Son günlər Bakıda sərnişin avtobusunda baş verənlər hər kəsin diqqət mərkəzindədir. ANS PRESS-in “qaynar xətti”nə daimi olaraq avtobus sürücülərindən şikayətlər gəlməkdədir. Ən çox şikayət sürücülərin sərnişinlərlə qeyri-etik davranması, maşını təhlükəli sürmələri barədədir. Şikayətlərdən bəziləri isə avtobusda oturacaqların çıxarılması ilə bağlıdır. Şikayətçilər deyirlər ki, böyük avtobuslarda oturacaqları çıxarırlar ki, ayaq üstü dayanmaq üçün yer çox olsun.ANS PRESS olaraq kiçik araşdırma aparmaq qərarına gəldik. Bir neçə sərnişin avtobusunda müşahidələr apardıq. Apardığımız müşahidələr nəticəsində həqiqətən də sərnişin avtobuslarının çoxunda oturacaqların çıxarıldığını gördük.Əsasən 6, 1, 25 və s. nömrəli sərnişin avtobuslarında oturacaqlar çıxarılıb. Onun əvəzində sərnişinlər həmin yerlərdə ayaq üstündə dayanmağa məcbur qalırlar. Bir oturacağın yerində 2 sərnişin otururdusa, indi həmin boş yerdə 4-5 adam dayanır. Bu da sürücülər üçün bir reysə 40 qəpik əvəzinə 1 manat qazanc gətirir. Əslində bu sürücülərin nəzərində çox yaxşı qazanc yoludur. Lakin sərnişinlər bundan çox narahatdırlar.Sürücülər isə bu əməllərinə don geyin dirmək istəyirlər.“Mən sürücüyəm. Avtobus mənim deyil, sahibkarındır. Sahibkar göstəriş verir ki, çıxarın oturacaqları. Biz sadəcə əmr quluyuq”, - deyə 6 saylı avtobusun sürücüsü bildirib.Məsələ ilə bağlı 6 saylı avtobusun tabe olduğu “Transqeyt” şirkətilə əlaqə saxladıq. “Transqeyt” MMC-nin direktoru Nurəddin İsmayılov ANS PRESS-ə açıqlamasında bu işlərdə bütün günahları sürücülərdə olduğunu bildirib. Onun sözlərinə görə, şirkət rəhbərliyi daima bu məsələyə nəzarət edir. Hər dəfə belə hal aşkarlananda sürücülər tənbeh olunur və dərhal avtobusdakı oturacaqlar bərpa olunur.“Bu sürücülərin özbaşnalıqlarıdır. Mən bununla mübarizə aparıram. Çalışıram ki, belə halalr olmasın. 25 saylı avtobusu bir neçə gün xəttə buraxmamışdım ki, oturacaqları yenidən bərpa edək”, - deyə Nurəddin İsmayılov vurğulayıb.Əslində bu hərəkət qanunla da qadağandır. Bu barədə Bakı şəhər Dövlət Yol polsi İdarəsinin mtəbuat xidmətinin rəhbəri Vaqif Əsədov ANS PRESS-ə bildirib. Onun sözlərinə görə, yol polisi və nəqliyyat nazirlərinin əməkdaşları mütəmadi olaraq bununla mübarizə aparırlar. Nəqliyyat Nazirliyi də məsələni daim diqqət mərkəzində saxladıqlarını bildiriblər. Qurumun mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, bir neçə dəfə belə sürücülər aşkarlanıb.“Problemli avtobuslar xətdən kənarlaşdırılıb, sürücü cərimələnib, sahibkarlara xəbərdarlıq edilib. Sahibkarlar da, sürücülər də bilməlidirlər ki, avtobusların konstruksiyasına dəyişiklik etmək qanunsuz əməldir. Sahibkarlara tövsiyyə edirəm ki, bu əməllərdən çəkinsinlər. Əsk təqdirdə bu onların ziyanına olacaq”, - deyə Namiq Həsənov bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür