Bakının bir neçə mərkəzi küçəsində hərəkət məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, bu gün səhər saat 11:00-dan etibarən Azneft dairəsi ilə Dövlət Bayrağı meydanı istiqamətində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılacaq. Bayraq meydanından Azneft dairəsi istiqamətində isə xətlənmə işləri hava şəraiti normal olarsa, sabah - aprelin 23-də həyata keçiriləcək: "Bununla əlaqədar yolda nəqliyyatın hərəkətı bu gün Bayraq meydanı istiqamətində, sabah isə əks istiqamətdə məhdudlaşdırılacaq".
P.Mürsəliyev qeyd edib ki, bu gün axşam həmçinin saat 22:00-dan etibarən Keykab Səfərəliyeva və Dilarə Əliyeva küçələrində də analoji işlərin aparılmasına başlanacaq: "Bununla bağlı Keykab Səfərəliyeva küçəsində hərəkət tam, Dilarə Əliyeva küçəsində qismən məhdudlaşdırılacaq. İşlərin bu gecə başa çatdırılması planlaşdırılır".
ANNET.Az
Bizi sosial şəbəkələrdə izləyin !