British Council, Böyük Britaniya səfirliyi, Britaniya Hava Yolları və 28 Cinema ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda keçiriləcək ilk Britaniya Film Festivalını elan edir. Bu barədə British Council-dən yayılan məlumatda bildirilir.
Festivalın rəsmi açılışı 6 dekabr tarixində baş tutacaq və festival 7-11 dekabr tarixlərində davam edəcək. Festival müddətində bütün filmlər ingilis dilində səslənəcək və 6 günlük festival müddətində aşağıdakı Böyük Briyaniya istehsalı olan filmlər nümayiş olunacaq: The Selfish Giant, Saving Santa, Diana, Now is Good, The World’s End, Suspension of Disbelief, The Double, and About Time.
Britaniya Film Festivalı British Council-ın Azərbaycanda 20 illik yubileyi münasibətilə təşkil olunmuş tədbirlər silsiləsinə daxildir və Azərbaycan ilə Böyük Britaniya arasında mədəni əlaqələrin inkişaf etdirilməsində yeni bir addımdır.
ANN.Az