Bakıda Britaniya Filmləri Həftəsi başlayır

20:01 | 06.12.2013
Bakıda Britaniya Filmləri Həftəsi başlayır

Bakıda Britaniya Filmləri Həftəsi başlayır

Bakıda Britaniya Filmləri Həftəsinin açılışı ilə əlaqədar mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə,  “Film is Great” adlanan Britaniya Filmləri Həftəsinə bu axşam “28 Cinema” kinoteatrında start veriləcək. Mətbuat konfransında iştirak edən “British Council”ın Azərbaycan nümayəndəliyinin rəhbəri, xanım Elizabet Uayt bildirib ki, bu axşam qonaqlara Oskar Uayldın əsəri əsasında rejissor Clio Barnardın çəkdiyi və bu yaxınlarda mükafat qazanmış “Özünü sevən nəhəng” adlanan film nümayiş olunacaq. E. Uayt deyib ki, “Film is Great” festivalı Bakı tamaşaçılarına Britaniyanın ən tanınmış kino əsərlərini təqdim edəcək: “Bu filmlər Britaniyadakı müasir həyatdan, gənclərdən, onların həyat tərzindən və problemlərindən danışır”. Tədbirin təşkilatçılarından olan Britaniya Hava Yollarının Mərkəzi Asiya üzrə satış meneceri Mayk Rok Britaniya mədəniyyətini Azərbaycana daha yaxından tanıtdıqları üçün çox məmnun olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu axşam nəzərdə tutulan rəsmi açılış mərasimində  qonaqların lotereyada iştirak imkanı da olacaq və onlar şirkətdən 2 biznes-klas bilet əldə edə biləcəklər. Kino həftəsi dekabrın 6-dan 11-nə kimi davam edəcək. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti