Bakıda bu yaxınlarda istiliklə təchiz ediləcək ÜNVANLAR

09:00 | 24.12.2013
Bakıda bu yaxınlarda istiliklə təchiz ediləcək ÜNVANLAR

Bakıda bu yaxınlarda istiliklə təchiz ediləcək ÜNVANLAR

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənov görülən işlərdən danışıb“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın reallaşması üçün “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin gördüyü işlərdən danışan qurumun sədri Yaşar Həsənov deyib:- Bakı şəhərinin və onun qəsəbələrinin kompleks inkişafı ilə paralel aparılan istilik təchizatı layihələrinin həyata keçirilməsi əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan verib.Dövlət Proqramına uyğun olaraq 2011-2013-cü illər ərzində yalnız “Azəristiliktəchizat” ASC tərəfindən yaşayış binaları və sosial obyektlərin istilik təchizatının bərpası və yaxşılaşdırılması ilə bağlı 664 layihə icra edilmişdir.Dövlət Proqramında təhsil və səhiyyə müəssisələrinin istilik təchizatı sistemlərinin bərpası ilə bağlı icrası “Azəristiliktəchizat” ASC tərəfindən nəzərdə tutulmuş bəzi layihələr Bakı şəhər İcra Hakimiyyəti və aidiyyəti nazirliklər tərəfindən binaların əsaslı təmiri layihələri çərçivəsində tam həyata keçirilmişdir.Proqramın icrası müddətində yaranmış zəruriyyətlə əlaqədar əlavə olaraq 3 məktəbin və 1 səhiyyə obyektinin məhəllədaxili, aşağı paylama və binadaxili istilik sistemi tamamilə yenidən qurulmuş, 4 yeni qazanxana tikilmiş, 5 qazanxana ən müasir avadanlıqlar quraşdırılmaqla tam modernləşdirilmiş, rayonun istilik qazanxanalarından qidalanan 9 istilik məntəqəsi yenidən qurulmaqla məhəlli qazanxanaya çevrilmiş, 101 yaşayış binasının məhəllədaxili və aşağı paylama istilik sistemi tamamilə yenidən qurulmuşdur.Həyata keçirilən bütün bu tədbirlər nəticəsində Ələt, Müşfiqabad, Biləcəri, Badamdar və digər qəsəbələrdə uzun illər istiliklə təmin edilməyən çoxmərtəbəli yaşayış binalarının istilik təchizatı bərpa edilmişdir. Yeni yaradılmış Pirallahı rayonunda layihə üzrə mərkəzləşdirilmiş istilik təchizatı sisteminə qoşulan çoxmərtəbəli yaşayış binalarını tam istiliklə təmin edən istilik mənbələri yaradılmışdır. Bundan başqa, Biləcəri qəsəbəsində çoxmərtəbəli yaşayış binalarının istilik təchizatının təmin edilməsi ilə bağlı kompleks tədbirlər planı hazırlanaraq icra edilir.Həyata keçirilən tədbirlər hazırkı qış mövsümündə yalnız Bakı şəhərində 320 qazanxana istismar edilməklə 2760 yaşayış binası, 730 təhsil, səhiyyə və digər sosial obyektin istiliklə təmin edilməsinə imkan vermişdir. “Azəristiliktəchizat” ASC-nin yaradıldığı 2005-ci illə müqayisədə Bakıda istismar edilən qazanxanaların sayı 3,6 dəfə, istiliklə təmin edilən yaşayış binalarının sayı 2,8 dəfə, sosial obyektlərin sayı 2,8 dəfə artmışdır.Əlavə olaraq bildirmək istərdim ki, Pirallahı rayonunda, Biləcəri qəsəbəsində, Binəqədi rayonunun 7-ci və 8-ci mikrorayonlarında, Yasamal və Xətai rayonlarında 10-a yaxın qazanxananın tikintisi tam başa çatdırılmışdır və hazırda son sınaq sazlama işləri aparılır və həmin qazanxanalar yaxın günlərdə istismara buraxılacaqdır ki, bu da əlavə olaraq 118 çoxmərtəbəli yaşayış binasının istiliklə təmin edilməsinə imkan verəcək. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM