Bakıda böyük avtomobil sərgisi açılacaq

18:26 | 03.03.2014
Bakıda böyük avtomobil sərgisi açılacaq

Bakıda böyük avtomobil sərgisi açılacaq

Azərbaycanda mayın 15-17-də 8-ci Bakı Beynəlxalq “Motor Şou” (“BIMS 2014”) sərgisi keçiriləcək.Sərginin təşkilatçısı olan İteca Caspian şirkətindən Oxu.Az-a verilən məlumata görə, Xəzəryanı regionun ən böyük avtomobil sərgisi olan bu tədbir yerli və xarici avtomobil istehsalçılarını, habelə avtomobil texnikası və komplektləşdiricilərinin dünyaca məşhur brendlərinin distributor və dilerlərini bir araya gətirəcək.Sərgi iştirakçıları arasında minik avtomobillərinin istehsalı sahəsində məşhur olan “Bentley”, “Toyota”, “Lexus”, “Volvo” və digər dünya istehsalçılarının distributorları da var. Motosiklet dilerləri isə “Aprilia”, “Suzuki”, “Harley Davidson” və “Vespa” kimi dünya üzrə aparıcı istehsalçıların modellərini təqdim edəcəklər.Kommersiya sektorunda “MANN” və “HOVA” şirkətlərinin istehsalı olan traktorlar, özüboşaldan yük maşınları və yarım-qoşqular nümayiş etdiriləcək. Sərgidə avto-hissələr, avtomobil yağları, filtrlər, avtokosmetika və avtomobil kimyasına aid olan digər məhsullarla bağlı tematik bölmə əhəmiyyətli yer tutacaq.“BIMS” sərgisi ilə paralel olaraq, bu il yeni layihə - 1-ci Xəzər Beynəlxalq “Kater və Yaxtalar” (“CIBS 2014”) sərgisi də start götürür. Bu sərgi Azərbaycanda kater və yaxtalar bazarını yaxından tanıdacaq dinamik və maraqlı bir tədbir olacaq. Debüt sərgi fəal istirahət üçün su-motor texnikasını və əlaqədar məhsulları nümayiş etdirməklə yanaşı, Azərbaycanda parlaq hadisəyə çevriləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb