Bakıda daha bir həkim səhvi ölümlə nəticələndi

16:39 | 05.12.2013
Bakıda daha bir həkim səhvi ölümlə nəticələndi

Bakıda daha bir həkim səhvi ölümlə nəticələndi

Pasiyent iynə vurulduqdan sonra dünyasını dəyişibBu gün Bakıda özəl stomtoloji kabinetdə pasiyentin ölümü baş verib. 47 yaşlı Elcin Məmmədov Bakıda yerləşən "Vipdental" stomatoloji kabinetində iynə vurulduqdan sonra dünyasını dəyişib. Bu barədə Trend-ə etibarlı mənbədən məlumat verilib.Faktı təsdiqləyən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, E.Məmmədovun dişində əməliyyatın aparılması üçün iynə vurulduqdan sonra pasiyentdə anafilaktik şok yaranıb və o dünyasını dəyişib. Hadisədən 6 dəqiqə sonra təcili tibbi yardım briqadası ünvana gəlsə də, xəstəni xilas etmək mümkün olmayıb.Xəstəninin ölümünə anafilaktik şokun səbəb olduğu təxmin edilir. Hazırda bu məsələ Səhiyyə Nazirliyi, eyni zamanda istintaq orqanları tərəfindən araşdırılır.A.Qədirli bildirib ki, hər bir stomatoloji kabinetdə şok əleyhinə preparat olmalıdır. SN aparacağı araşdırma araşdırma zamanı da bu kabinetdə şok əleyhinə preparatın olub-olmadığını öyrənəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb