• $ 1.7
  • € 1.9122
  • ₽ 0.021087
  • ₺ 0.0438
  • £ 2.273

Bakıda daha bir möhtəşəm layihə - "Xəzər Mirvarisi" - FOTOLAR

Bakıda daha bir möhtəşəm layihə - "Xəzər Mirvarisi" - FOTOLAR
06.05.2014 13:29
Nargin adası kimi tanınan Böyük Zirə adasında reallacaq "XazarPearl" (Xəzər Mirvarisi) layihəsinin görüntüləri internetdə yayılıb. Fotolar layihəni həyata keçirəcək "Maccreative Baku" şirkəti tərəfindən paylaşılıb.Layihədə müasir dövrün bütün tələb və təklifləri nəzərə alınıb. Adaya gələn turistlər burada qədim Azərbaycan ənənələrini görmək imkanını qazanacaqlar. Layihənin əsas üstünlüyü isə odur ki, burada yaşayan sakinlər üçün bütün infrastruktur layihələri icra olunacaq.Bakı arxipelaqının ən böyük adası olan Böyük Zirə-Nargin adasında hazırlanacaq “Azərbaycan Mirvarisi" turizm layihəsinin dünyada analoqu yoxdur. Layihə ölkəmizə gələnləri heyrətə gətirəcək. Bakının sahil xəttindən 10 km məsafədə yerləşən Nargin adasının turizm məqsədi ilə istifadəsi üçün layihə hazırlanır. "Azərbaycan mirvarisi" adlanan bu layihə həyata keçiriləndən sonra ölkəmizə turist axını da artacaq. Bura gələcək turistlər Azərbaycan mədəniyyəti və tarixi ilə tanış olacaqlar. İnşaat işlərində millilik nəzərə alınacaq. İlk olaraq tikiləcək Karvansaray oteli isə milli üslubda olacaq. Layihənin memarı Rasim Babakişiyev deyir ki, adaya gələn turist özünü orta əsrlərdə hiss edəcək.Bu adada dini tolerantlıq da nəzərə alınıb. Ərazidə məscid, kilsə və sinaqoq da inşa olunacaq. Adada böyük beynəlxalq tədbirlər və sammitlərin keçirilməsi də mümkün olacaq. Belə ki, bu məqsədlə layihədə 2 böyük otelin arasında universal zal tikiləcək. Zal 3000-3500 nəfər üçün nəzərdə tutulub. Adanın layihəsində də gənclər üçün xüsusi məkan nəzərdə tutulub. "Cavanlar məhəlləsi" adlanan həmin ərazi müxtəlif əyləncə məkanları ilə fərqlənir.Layihəyə görə, adada benzinlə işləyən avtomobillərdən istifadə olunmayacaq. Ekoloji təmizliyi qorumaq üçün burda qolf maşınlar hərəkət edəcək. "Azərbaycan mirvarisi" ilə yaxından tanış olmaq istəyənlər isə adaya Azneft meydanı və Zığ qəsəbəsindən gəmi ilə gedə biləcəklər (ANS Press). ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Cəmiyyət 12:51
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib -  FOTOLAR
Cəmiyyət 17:37
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib - FOTOLAR
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Cəmiyyət 15:10
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Cəmiyyət 10:42
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Cəmiyyət 16:26
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Cəmiyyət 13:25
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Cəmiyyət 17:34
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Cəmiyyət 22:30
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Cəmiyyət 18:35
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol