Bakıda daha bir türk filmi təqdim olundu - "Kırımlı" - ANN.TV

16:20 | 16.02.2015
Bakıda daha bir türk filmi təqdim olundu -

Bakıda daha bir türk filmi təqdim olundu - "Kırımlı" - ANN.TV

Bugünlərdə Bakıda daha bir türk filminin premyerası keçirilib.

ANN.Az xəbər verir ki, filmin təqdimetmə mərasimi "28 Mall"dakı "Sinema" klubunda baş tutub. 2014-cü il istehsalı olan "Kırımlı" II Dünya Müharibəsi illərində əsir düşən insanların həyat hekayəsi, onların faciəsindən bəhs edir. Avni Ozgürelə məxsus olan layihənin ssenarisi Atilla və Nil Ünsal cütlüyünə məxsusdur. Filmin rejissor Burak Arlieldir. Baş rollarda Murat Yıldırım, Selma Ergec çəkiliblər. Eyni zamanda tanınmış sənət adamları - Bülent Alkış, Gülçin Santırcıoğlu və Burc Kümbetlioğlu filmə ayrı-ayrı obrazları ifa ediblər.

ANN.Az əməkdaşlarının təqdimetmə mərasimindən hazırladığı video-süjetə baxa bilərsiniz.


Çinarə Quliyeva
Aynur Məmmədova
Rasim Əliyev
ANN.Az
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM