Bakıda daha bir yenilik - FOTOLAR

11:39 | 17.07.2014
Bakıda daha bir yenilik - FOTOLAR

Bakıda daha bir yenilik - FOTOLAR

Su Oyunlarının keçiriləcəyi əraziyə yeni yol çəkilir

Yol  Birinci Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsilə bağlı nəqliyyat-yol kompleksi üzrə tədbirlər planına müvafiq olaraq Su Oyunlarının keçiriləcəyi əraziyə yeni avtomobil yolu çəkilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, layihə üzrə 4 giriş-çıxışdan ibarət olacaq 1 piyada keçidi olacaq. Ərazidə kommunikasiya xətlərinin keçirilməsi üçün ehtiyyat keçidləri və 5711 m uzunluğunda bağlantı yollar nəzərdə tutulub.

Artıq yolun keçdiyi ərazi boyu torpaq işlərinin 70 faizi, asfalt-beton örtüyünün döşənməsi 20 faiz yerinə yetirilib. Hazırda piyada keçdinin, torpaq yatağının və kommunikasiya xətlərinin keçirilməsi üçün ehtiyyat keçidlərinin tikintisi davam etdirilir.

Layihənin 2015-ci ilin əvvəllərində başa çatdırılması planlaşdırılır.

Yeni inşa olunacaq bağlantı yolların koməyilə Su Oyunlarının keçiriləcəyi əraziyə nəqliyyat vasitələrinin giriş-çıxışı, eyni zamanda yeraltı piyada keçidinin hesabına piyadaların təhlükəsiz və maneəsiz hərəkəti təmin olunacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb