Bakıda daha bir yolda hərəkət məhdudlaşdırılacaq

12:39 | 01.05.2014
Bakıda daha bir yolda hərəkət məhdudlaşdırılacaq

Bakıda daha bir yolda hərəkət məhdudlaşdırılacaq

Mayın 1-dən 2-nə keçən gecə Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.Onun sözlərinə görə, bu gün axşam saat 22:00-dan etibarən paytaxtın Nəriman Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yolun üfüqi nişanlanması işlərinin aparılmasına başlanacaq. Bununla əlaqədar yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.Yolda Fətəli xan Xoyski ilə küçəsi ilə kəsişmədən sonunadək xətlənmə işləri görüləcək. Lakin küçənin Heydər Əliyev prospekti ilə kəsişməsindəki tuneldə xətləmə işləri aparılarkən yolda hərəkət tam məhdudlaşdırılacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti