Bakıda dəhşət: Ana və 8 aylıq körpəsi dəhşətli qəzanın qurbanı oldu

14:59 | 18.05.2014
Bakıda dəhşət: Ana və 8 aylıq körpəsi dəhşətli qəzanın qurbanı oldu

Bakıda dəhşət: Ana və 8 aylıq körpəsi dəhşətli qəzanın qurbanı oldu

Bakı şəhərinin Qaradağ rayonu ərazisində dəhşətli yol qəzası baş verib. 

Lent.az-ın məlumatına görə, Bakı-Ələt yolunda “Mercedes” markalı minik avtomobili yolu keçən gənc qadını və qucağındakı 8 aylıq körpəni vurub. 

Zərbənin gücündən ana və balası 15-20 metr kənara düşüblər. Onların hər iki hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırmalar başlanılıb.

Qəzanı törədən avtomobil və sürücüsü müəyyən edilərək saxlanılıb.

Lent.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM