Bakıda dəhşətli yanğın zamanı ölənlərin kimliyi bilindi - YENİLƏNİB

13:26 | 01.03.2014
Bakıda dəhşətli yanğın zamanı ölənlərin kimliyi bilindi - YENİLƏNİB

Bakıda dəhşətli yanğın zamanı ölənlərin kimliyi bilindi - YENİLƏNİB

Bakıda yaşayış evində baş verən yanğında ölən ana və qızının adları məlum olub.Xəzər Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, martın 1-də saat 02 radələrində Xəzər rayonu Türkan qəsəbəsində Tərəvəz İbrahimovanın yaşadığı mənzildə yanğın baş verib. Nəticədə T. İbrahimova və qızı Samirə Abdullayeva tüstüdən boğularaq ölüblər. Fakta bağlı araşdırma aparılır.ANN.Az

***

10:19

Bakıda yaşayış evində baş verən yanğında ana və qızı ölübAPA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı kürsülü evin 1 otağının döşəməsi 2 kv.m sahədə, 1 ədəd divan və 1 ədəd kreslo yanıb. Yanğınsöndürənlər hadisə yerinə çatana kimi ev sahibi tərəfindən onun həyat yoldaşının və qızının meyitləri aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti