Bu gün saat 09:50 radələrində Bakının Sabunçu rayonu ərazisində dəmir yolu stansiyasında dəhşətli qətl hadisəsi baş verib. Rayon Polis İdarəsi 12-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata səhər saatlarında Qambay Vəzirov küçəsi 10 ünvanında 1961-ci il təvəllüdlü Məmməd adlı şəxsi vəhşicəsinə qətlə yetirilib. Onu ürəyində vurublar. Daha sonra boğazını kəsiblər. Hazırda onu öldürən şəxs yaxud şəxslər axtarılır. Faktla bağlı araşdırma aparılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !